Germany

Research initiative for the project Start-up cash Plus

 

Miqrasiya üzrə Beynəlxalq Təşkilat (IOM) StarthilfePlus tədqiqat layihəsi çərçivəsində sizinlə sorğu aparmaq üçün sizə münasib anket göndərmək məqsədi ilə sizə yazılı şəkildə müraciət etmək istəyir. Bu sorğuda iştirak etmə könüllüdür (burada məlumat bülleteninə baxın). Bu səbəbə görə sizdən xahiş edirik ki, bizə, siz Almaniyanı tərk edəndən sonra, sizə müraciət etmək üçün sizin E-Mail ünvanınızı və telefon nömrənizi verəsiniz. Siz əlaqə məlumatlarınızın bizim məlumat yaddaşımızda saxlanılmasına razılıq versəniz, bu razılığı sonradan hər vaxt ləğv edə və ya da dəyişə bilərsiniz. Xahiş edirik bununla əlaqədar IOM təşkilatının sizin işinizlə məşqul olan nümayəndəliyində işləyən hansısa əməkdaşa müraciət edəsiniz və ya da bu ünvana E-Mail yazasınız: shpevaluation@iom.int.

Sizin aşağıda göstərilən E-Mail ünvanınız və telefon nömrəniz IOM təşkilatına göndəriləcək. IOM sizin E-Mail ünvanından sizə müraciət etmək və siz Almaniyadan gedəndən altı ay sonra sizə anket göndərmək üçün istifadə edəcək. IOM sizin əlaqə məlumatlarınızı heç kimə verməyəcək.

IOM və BAMF təşkilatının Tədqiqat Mərkəzi tərəfindən həyata keçirilən sorğunun məqsədi StarthilfePlus proqramının güclü və zəif cəhətlərinin təhlilidir və bu, ondan ötrü həyata keçirirlir ki, bu proqram təkmilləşdirilsin və bizim məlumatımız olsun ki, siz Almaniyadan qayıdıb altı ay sonra necə yaşayırsınız. Həyata keçirilmiş təhlilin nəticələri IOM və Tədqiqat Mərkəzi tərəfindən buraxılacaq nəşrdə təqdim ediləcəkdir. Ayrı-ayrılıqda hansısa şəxslərin işləri tədqiq edilməyəcək. Sizin adınız və soyadınız hansısa anketdə və ya da nəşr edilmiş nəticələrdə göstərilməyəcək.